ATMU və Jade Universiteti arasında tələbə mübadiləsi genişlənir
05.07.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 338
ATMU və Jade Universiteti arasında tələbə mübadiləsi genişlənir

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Almaniyanın Jade Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən DAAD proqramı üzrə tələbə mübadiləsi imkanları genişlənməkdədir. Proqram çərçivəsində ATMU-nun tələbələrinin 2025-ci ilin payız semestrində Almaniyada təhsil alması məqsədilə müsahibə mərhələsi təşkil olunub.

Müsahibə prosesi ATMU-nun Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşı İranə Axundova, Jade Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Andrea Menn və beynəlxalq əlaqələr üzrə mütəxəssis İlze Peksanın iştirakı ilə keçirilib. Tələbələrin akademik hazırlığı, motivasiyası və xarici mühitdə təhsil almağa hazırlığı qiymətləndirilib.

Bu əməkdaşlıq təkcə akademik dəyişimi deyil, eyni zamanda mədəni təcrübə mübadiləsini, dil bacarıqlarının inkişafını və fərdi inkişafı da dəstəkləyir. Proqram tələbələrə həm də Almaniyanın qabaqcıl tətbiqi elmlər sistemində praktiki biliklər əldə etmək imkanı yaradır.

ATMU olaraq müsahibədə iştirak edən bütün tələbələrimizi təbrik edir, növbəti mərhələdə – seçim və yerləşdirmə prosesində – uğurlar arzulayırıq!