ATMU-nun müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
11.07.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 775
ATMU-nun müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Elm və innovasiya şöbəsinin Elmi innovasiyalar üzrə koordinatoru, eyni zamanda Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sənubər İslam qızı Cabbarova elmi-pedaqoji fəaliyyətində əhəmiyyətli uğura imza atıb. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30 iyun 2025-ci il tarixli qərarı ilə ona Beynəlxalq münasibətlər tarixi ixtisasında Tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Gənc tədqiqatçı olaraq elmi yeniliklərə daim açıq olan Sənubər Cabbarovanın bu nailiyyəti həm də ATMU-nun professor-müəllim heyətinin elmi potensialının göstəricisidir.

Azərbaycan Turizm və Menecment Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və kollektivi adından Sənubər Cabbarovanı bu nailiyyəti münasibətilə təbrik edir, ona gələcək elmi fəaliyyətində davamlı yüksəliş arzulayırıq.