ATMU-da AİESEC günü
24.09.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 308
ATMU-da AİESEC günü

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "AİESEC" Azərbaycanın təşkilatçılığı ilə “AİESEC Günü” adlı təlim keçirilib. Məqsəd beynəlxalq və yerli təcrübə proqramları vasitəsilə gənclərin liderlik, satış, marketinq, layihə idarəetməsi, maliyyə, insan resursları kimi bir çox sahədə olan bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirməkdir.

Tədbirdə "AİESEC" Azərbaycanın Marketinq və ictimaiyyətlə əlaqələr üzrə lokal komitə direktoru Jalə Zeynalzadə və təşkilatın digər nümayəndələri iştirak ediblər. Onlar "AIESEC"in dünyanın 110-dan çox ölkə ərazisində fəaliyyət göstərdiyini, 36 mindən çox üzvə sahib olan böyük tələbə gənclər təşkilatı olduğunu diqqətə çatdırıblar.

Təlimdən sonra universitetdə "AIESEC"in infostendi qurulub. Tələbələr infostendə yaxınlaşaraq "AIESEC"in təcrübə proqramları olan "Global Volunteer", "Global Talent" və "Global Teacher", eləcə də yerli layihələr haqqında ətraflı məlumat alıblar.