Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri “Gənclərin Səsi: Narkotiklərə Yox!” layihəsi çərçivəsində Nizami Kino Mərkəzində təşkil olunan tədbirdə iştirak ediblər. Tədbirin əsas məqsədi gənclərin maarifləndirilməsi, sağlam həyat tərzinin təbliği, həmçinin narkomaniyaya qarşı mübarizə istiqamətində onların fəallığının artırılması olub.
Proqram çərçivəsində rəsm sərgisi nümayiş etdirilib. Sərgidə iştirakçılar gənc rəssamların narkotiklərin zərərlərinə dair mesajlar əks olunan əsərləri ilə tanış olublar. Ardınca təşkil edilən panel görüşündə müxtəlif sahələrin mütəxəssisləri çıxış edərək gənclərlə aktual mövzular ətrafında müzakirələr aparıblar.
Bundan başqa, tədbir zamanı maarifləndirici təlimlər keçirilib. Təlimlərdə narkotiklərin fəsadları, sağlam həyat tərzinin üstünlükləri və gənclərin sosial fəallığının əhəmiyyəti barədə ətraflı məlumat verilib. ATMU tələbələri, həmçinin interaktiv sual-cavab sessiyalarında aktiv iştirak edərək öz fikirlərini bölüşüblər.
Azərbaycanca