21.01.2021
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 328
"Münaqişələr və onların iş mühitinə təsiri"

Əziz tələbə və məzunlar,

"HR Talks" layihəsinin növbəti qonağı SOCAR İR üzrə rəis müavini Orxan Səfərli sizlərə "Münaqişələr və onların iş mühitinə təsiri" mövzusunda təqdimat edəcək. Qeyd edək ki, Orxan Səfərli HR-AZ.com İR portalının təsisçisidir və İR sahəsində 10 ilə yaxın təcrübəsi vardır. Görüş zamanı münaqişələrin idarəolunması üzrə faydalı məlumatlar əldə edəcəksiniz.

Görüş 24 yanvar saat 19:00-da zoom tətbiqi vasitəsilə həyata keçiriləcək.

Aşağıdakı linkdə qeydiyyatdan keçməklə, görüşə qoşulmaq şansı əldə edirsiniz. Qeydiyyatdan keçərkən, email ünvanınızı düz qeyd etməyiniz xahiş olunur.

Qeydiyyat linki: https://rb.gy/zweaqb