Bu gün Azərbaycan turizm işçilərinin peşə bayramıdır. Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Turizm işi kafedrasının “Turizm” dərnəyinin təşəbbüsü ilə “Turizm işçiləri günü”nə həsr olunmuş tədbir keçirilib. Universitetin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov turizmin inkişaf perspektivlərindən ətraflı bəhs edib. Adıçəkilən kafedranın müdiri, dosent Hafiz Hüseynov isə turizmin prioritet istiqamətlərindən, eyni zamanda peşəkar kadr hazırlığında təhsil və təcrübənin əhəmiyyətli rolundan detallı danışıb.
Kafedranın müəllimi Ülkər İbadlının “Azərbaycanda turizmin inkişafında təhsilin rolu”, ATMU Tələbə Elmi Cəmiyyətinin sədri Abas Yusifzadənin isə “Turizmdə gənclərin rolu” mövzusunda məruzə və çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
“Turizm işçiləri günü”nə həsr olunan tədbirdə Turizm işi kafedrasının professor-müəllim heyəti, struktur əməkdaşları, həmçinin turizm işinin təşkili ixtisasının bir qrup tələbəsi iştirak edib.
Azərbaycanca