ATMU  II Keyfiyyət Təminatı simpoziumda iştirak edib
29.09.2025
Keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 366
ATMU II Keyfiyyət Təminatı simpoziumda iştirak edib

ADA Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrində keyfiyyət təminatına həsr olunmuş ikinci simpozium keçirilib. Simpoziumda Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndə heyəti də iştirak edib.

ATMU-nun Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı simpozium çərçivəsində keçirilən “Xarici Keyfiyyət Təminatı: Kontekst və Perspektivlər” (External Quality Assurance: Context and Perspectives) adlı paneldə qonaq qismində çıxış edib. Həmçinin universitetin Keyfiyyət təminatı şöbəsinin baş mütəxəssisi Firuzə Raşova və Tədris-metodiki şöbənin baş mütəxəssisi Səmayə Abbasbəyli də tədbirdə iştirak ediblər.

Simpoziumda akkreditasiya, daxili keyfiyyət təminatı, təhsil proqramlarının nəzərdən keçirilməsi, tədris və öyrənmə, insan resurslarının inkişafı, davamlılıq və layihələrin idarə edilməsi kimi əsas istiqamətlər üzrə sessiyalar təşkil olunub. Tədbirdə yerli ali təhsil müəssisələrində çalışan mütəxəssislərlə yanaşı, beynəlxalq ekspertlər də yer alıblar.

Simpoziumun sonunda universitetlərarası fikir mübadiləsi aparılıb, keyfiyyət təminatı sisteminin tətbiqində üzə çıxan çətinliklər müzakirə olunub və iştirakçılara sertifikatlar təqdim edilib.