29 sentyabr – Turizm işçiləri günü münasibətilə Dövlət Turizm Agentliyinin rəhbərliyi və kollektivi, tabe qurumların əməkdaşları, o cümlədən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rəhbər heyəti, həmçinin turizm sənayesinin nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub.
Azərbaycanca