Azərbaycan-Avstriya Turizm Proqramında 2025/2026-cı tədris ilinin payız semestri üzrə ilk əcnəbi müəllimin tədris həftəsi uğurla yekunlaşıb! ✨
Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin baş müəllimi Liru Jiang ATMU-da qonaq olaraq AATP 2023 bakalavr qrupuna “Kəmiyyət əsaslı Tədqiqat Metodları” fənnini tədris edib.
✅ Tələbələr nəzəri biliklərlə yanaşı praktiki tapşırıqlar üzərində çalışaraq tədqiqat bacarıqlarını inkişaf etdiriblər.
✅ Beynəlxalq müəllim mübadiləsi tələbələrimizə qlobal təcrübəyə çıxış imkanı yaradır və proqramın keyfiyyətini artırır.
✨ ATMU olaraq beynəlxalq tərəfdaşlıq şəbəkəmizi genişləndirməklə tələbələrimiz üçün daha rəqabətqabiliyyətli və müasir təhsil imkanları yaratmaqda davam edirik.
#ATMU
#IMCKrems
#AATP
#TransnationalProgram
Azərbaycanca