Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə növbəti görüş keçirilib. Görüşdə Kipr Aydın Universitetinin beynəlxalq əlaqələr direktoru, dos. dr. Tuğrul Günay və İstanbul Aydın Universitetinin Azərbaycan üzrə nümayəndəsi Vüsalə Hümbətli iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ATMU-nun rektoru professor İlham Mədətov qonaqları salamlayaraq bu cür görüşlərin universitetlər arasında əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynadığını qeyd edib. Rektor vurğulayıb ki, beynəlxalq tərəfdaşlıqların qurulması və genişləndirilməsi ATMU-nun strateji inkişaf istiqamətlərindən biridir.
Daha sonra ATMU-nun Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı çıxış edərək universitetin beynəlxalq əlaqələr sahəsində həyata keçirdiyi layihələr, tərəfdaşlıqlar və gələcək əməkdaşlıq planları barədə ətraflı məlumat verib.
Görüş zamanı tərəflər universitetlərarası əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və təhsil proqramları kimi məsələləri müzakirə ediblər.
Qonaqlar ATMU ilə tərəfdaşlıqdan məmnun olduqlarını bildirərək, gələcəkdə ortaq layihələrin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Azərbaycanca