AATP tələbələri ICAO Assambleyasında iştirak ediblər
01.10.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 454
AATP tələbələri ICAO Assambleyasında iştirak ediblər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Azərbaycan-Avstriya Turizm Proqramının II kurs tələbələri BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Kanadanın Monreal şəhərində yerləşən mənzil-qərargahında keçirilən 42-ci Assambleya sessiyasına onlayn qoşulublar..

193 ölkənin nümayəndələrini bir araya gətirən Assambleya beynəlxalq aviasiya əməkdaşlığının güclənməsinə xidmət edir. Bu ilki şüar – “Safe skies. Sustainable future”  – beynəlxalq proqramda tədris olunan “Nəqliyyatın idarə olunması”  fənninin əsas mövzuları ilə üst-üstə düşür. Fənn IMC Krems Tətbiqi Elmlər Universitetindən qonaq müəllim Michael Rettenagger tərəfindən tədris olunur.

 Tələbələr aviasiyada dayanıqlılıqla bağlı mühüm təşəbbüsləri müzakirə ediblər:
SAF – davamlı aviasiya yanacağının istehsalı 
CORSIA – karbon emissiyalarının azaldılması və kompensasiyası
Fly Net Zero – 2050-ci ilə qədər karbon neytrallığı öhdəliyi 

Bu təcrübə tələbələrə həm nəzəri biliklərini möhkəmləndirmək, həm də qlobal aviasiya sektorunda dayanıqlı inkişaf trendlərini yaxından öyrənmək imkanı verib.