ATMU-da Karyera və məzunlarla iş şöbəsi yaradılıb
03.10.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 449
ATMU-da Karyera və məzunlarla iş şöbəsi yaradılıb

Uğurlu karyeranın başlanğıcı - ATMU

Azərbaycan Turizm və Menecment Universitetində Karyera və kommunikasiya şöbəsinin bazasında Karyera və məzunlarla iş şöbəsi yaradılıb.

Yeni şöbənin yaradılmasında əsas məqsəd turizm sahəsində ixtisaslı kadrların hazırlanmasına dəstək vermək, bütün ixtisaslar üzrə tələbə və məzunların karyera inkişafını təmin etmək və əmək bazarına inteqrasiyasını asanlaşdırmaqdır.

Şöbə yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq edir, tələbələr üçün təcrübə və iş imkanları yaradır, karyera yarmarkaları, təlimlər və seminarlar təşkil edir, həmçinin elektron karyera portalı və məzun bazasının yaradılması işlərini həyata keçirir.