ATMU tələbələri Azərbaycan Dəmir Yolları Muzeyini ziyarət ediblər
07.10.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 350
ATMU tələbələri Azərbaycan Dəmir Yolları Muzeyini ziyarət ediblər

Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində AATP 2024 bakalavr qrupunun tələbələri, “Turizmdə Nəqliyyat” fənni üzrə proqramda tədris aparan Michael Rettenagger ilə birlikdə tədris prosesinin bir hissəsi kimi Azərbaycan Dəmir Yolları Muzeyinə maarifləndirici ziyarət həyata keçiriblər. Ziyarətin məqsədi tələbələrin nəqliyyat sistemlərinin turizm sahəsindəki rolunu praktik şəkildə öyrənməsi və tarixi nəqliyyat infrastrukturunun turizm potensialı ilə yaxından tanış olmaları olub.

Ziyarət zamanı tələbələr dəmir yollarının inkişaf tarixi, ölkənin iqtisadi və turistik həyatında oynadığı mühüm rol, həmçinin sərnişin daşımalarının təşkili və idarəetmə prinsipləri haqqında ətraflı məlumat əldə ediblər. Muzeyin ekspozisiyasında təqdim olunan qədim lokomotivlər, sənədlər və nəqliyyat vasitələri tələbələrdə böyük maraq yaradıb.
Azərbaycan Dəmir Yolları Muzeyi tələbələr üçün həm tarixi, həm də praktiki baxımdan unikal təcrübə olub. Ziyarət iştirakçıları burada ölkənin dəmir yolu tarixinin müxtəlif mərhələlərini izləyərək, turizm və nəqliyyatın bir-birini necə tamamladığını öyrəniblər.