26 noyabr 2025-ci il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda X Respublika elmi-praktik konfransı keçiriləcək.
Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:
- Müasir dövrdə təhsil və mədəniyyətin idarə edilməsi;
- Korporativ idarəetmə;
- Biznesin idarə edilməsi;
- İdarəetmədə hüquq problemləri;
- Beynəlxalq münasibətlərin idarə edilməsində milli dəyərlər;
- Sosial və xidmət sahələrinin idarə edilməsinin müasir problemləri;
- Qida mütəxəssislərinin hazırlanmasında Yusif Məmmədəliyev irsi.
Məqalə və müəllif haqqında aşağıda göstərilən məlumatlar 01 noyabr 2025-ci il tarixədək science.atmu@atmu.edu.az elektron ünvanına göndərilməlidir.
- Adı,soyadı,ata adı;
- Elmi dərəcəsi;
- İş yeri, vəzifəsi;
- Telefon nömrəsi;
- Elektron ünvanı;
- Məruzənin mövzusu;
- Məruzənin istiqaməti;
- Texniki vasitələrdən istifadənin vacibliyi.
Konfransın işçi dili: azərbaycan, ingilis və rus.
Məqalələrin tərtib olunma qaydaları:
- Məqalə müəllifinin adı, soyadı, iş yeri, e-mail ünvanı yuxarıda sağda yazılmalıdır;
- Azərbayacan dilində olan məqalələrin xülasəsi azərbaycan, ingilis və rus dillərində, rus dilində olan məqalələrin xülasəsi rus, azərbaycan və ingilis dillərində, ingilis dilində olan məqalələrin xülasəsi azərbaycan, ingilis və rus dillərində verilməlidir (minimum 100 söz);
- Xülasələrin yazıldığı dillərdə açar sözlər verilməlidir;
- Məqalələr MS Office proqramında A4 formatda yığılmalıdır, şrift - Times New Roman, şriftin ölçüsü – 12, interval: 1, mətndaxili yazıda abzas-1sm buraxmaqla hazırlanmalıdır. Məqalə mətninin çərçivə ölçüləri: soldan – 2.5 sm; sağdan –2.5 sm; yuxarıdan –3.0 sm; aşağıdan 3.0 sm;
- Yuxarıdakı şərtlər nəzərə alınmaqla məqalələr 5-10 səhifə həcmində olmalıdır;
- Məqalənin yazılışı zamanı iddiaçı istifadə etdiyi materialların mənbələrinə və müəlliflərinə mütləq istinad etməlidir. Mətndəki istinaddan sonra kvadrat mötərizədə əsərin ədəbiyyat siyahısındakı nömrəsi, cild (çoxcildli əsərlər üçün) və müvafiq səhifə(lər) verilir. Məsələn, [4, s.162], [6, c.2, s.82-83] və s.
Konfrans haqqında məlumat Azərbaycan Turizm və Menecment Universitetinin saytında yerləşdirilmişdir. (http:// www.atmu.edu.az)
E-mail: science.atmu@atmu.edu.az Əlaqə telefonu: (012) 564-42-33 (daxili:125)
Azərbaycanca