“Dayanıqlı İnsan Resurslarının İdarəedilməsi” mövzusunda seminar keçirilib
08.10.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 412
“Dayanıqlı İnsan Resurslarının İdarəedilməsi” mövzusunda seminar keçirilib

Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) qonaq olan professor Sylvia Rohlfer tərəfindən “Dayanıqlı İnsan Resurslarının İdarəedilməsi” mövzusunda tədqiqat seminarı uğurla həyata keçirilib. Seminarın məqsədi turizm sektorunda insan resurslarının idarəedilməsində davamlı inkişaf prinsiplərinin tətbiqini təşviq etmək və bu sahədə peşəkarların bilik və bacarıqlarını artırmaq olub.

Seminar zamanı professor Sylvia Rohlfer öz tədqiqat nəticələrini təqdim edərək, insan resurslarının idarəedilməsində etik yanaşma, sosial məsuliyyət və uzunmüddətli əməkdaşlıq modellərinin əhəmiyyətini vurğulayıb. O, iştirakçılara tədqiqat metodologiyası, məlumat analizi və dayanıqlı idarəetmə strategiyalarının tətbiqi üzrə praktik təlimlər keçib.

Tədbir iştirakçılara tədqiqat və tətbiqi bacarıqlarını inkişaf etdirmək imkanı yaradıb.