AATP-da növbəti mərhələ uğurlana tamamlanıb
15.10.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 360
AATP-da növbəti mərhələ uğurlana tamamlanıb

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində “BA Seminar I” fənni üzrə dərslər uğurla yekunlaşıb. Tədris prosesini Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin professoru Ivana Volic aparıb.

İstehsalat təcrübəsini uğurla tamamlayaraq geri dönən AATP 2023 bakalavr qrup tələbələri professor I.Volicin rəhbərliyi ilə keçirilən mühazirələrdə iştirak ediblər. Tədris həftəsi ərzində tələbələrə diplom işlərinin mövzu seçimi, elmi rəhbərlərlə effektiv əməkdaşlıq, tədqiqat planının hazırlanması və iş strukturunun formalaşdırılması barədə ətraflı məlumat verilib.

Professor Volicin dərsləri tələbələrin elmi-tədqiqat bacarıqlarını inkişaf etdirmək, akademik yazı üslubunu formalaşdırmaq və diplom işinə sistemli yanaşmanı mənimsəmələrinə xidmət edib. Onun beynəlxalq təcrübəyə əsaslanan tədris yanaşması tələbələrdə analitik düşünmə, tədqiqat aparmaq və nəticələri elmi şəkildə təqdim etmək kimi vacib bacarıqları gücləndirib.

Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində həyata keçirilən bu dərslər tələbələrin yalnız nəzəri biliklərini deyil, həm də beynəlxalq səviyyədə tətbiq olunan elmi və peşəkar standartlara uyğun tədqiqat kompetensiyalarını inkişaf etdirməyə yönəlib.

 

#ATMU

#IMCKrems

#AATP

#BASeminar