Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Menecment” kafedrasının bir qrup tələbəsi “Bakı KOB evi”nə səfər edərək burada dövlət və özəl qurumlar tərəfindən sahibkarlara göstərilən xidmətlərlə tanış olublar.
Səfər çərçivəsində tələbələrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “KOB evi”nin iş prosesi, eləcə də biznes subyektlərinə təqdim edilən “G2B” və “B2B” xidmətlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, “KOB evləri”ndə sahibkarlıq subyektlərinə dövlət və özəl qurumların xidmətləri vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunur. “KOB evi” modeli biznesə xidmətlərin göstərilməsi sahəsində yeniliklərdən biridir və ölkəmizə səfər edən bir çox xarici nümayəndə heyətləri tərəfindən uğurlu təcrübə kimi qiymətləndirilir.
Qeyd olunub ki, gənclərin biznes ideyalarının reallaşdırılmasına dəstək məqsədilə “Bakı KOB evi”ndə Startap İnkişaf Mərkəzi də fəaliyyət göstərir.
Azərbaycanca