ATMU-da  Azad Mirzəcanzadə İnkişaf Proqramı təqdim olunub
16.10.2025
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 349
ATMU-da Azad Mirzəcanzadə İnkişaf Proqramı təqdim olunub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri üçün Azad Mirzəcanzadə İnkişaf Proqramı çərçivəsində informasiya sessiyası keçirilib. Sessiyanın məqsədi tələbələrə proqram haqqında ətraflı məlumat vermək, eləcə də onların innovativ ideya və təşəbbüslərinin həyata keçirilməsinə dəstək göstərməkdir.

Azad Mirzəcanzadə İnkişaf Proqramı gənc nəslin innovativ düşüncə tərzinin, sosial məsuliyyət hissinin və elmi yanaşmaya əsaslanan fərdi və peşəkar inkişafının təşviq edilməsini hədəfləyir.

Sessiyada proqramın məqsədləri, iştirak qaydaları və təqdim etdiyi imkanlar barədə məlumat verilib, tələbələrlə interaktiv müzakirələr aparılıb.

Qeyd edək ki, indiyədək proqram çərçivəsində ölkənin 12 şəhər və regionunda 3500-dən çox tələbə əhatə olunub, müxtəlif ali təhsil müəssisələrində təqidimat sessiyaları keçirilib. Artıq iki axın başa çatıb və ümumilikdə 16 qalib layihə elan edilib. 2025-ci ilin sentyabr ayında proqramın üçüncü axınına start verilib.