ATMU-nun müəllimi “dosent” elmi adına layiq görülüb
16.10.2025
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 388
ATMU-nun müəllimi “dosent” elmi adına layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 02 oktyabr 2025-ci il tarixli qərarına əsasən, gənc tədqiqatçı, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müəllimi, Sosial menecment fakültəsinin dekan müavini Sabir Bədrəddin oğlu Quluzadə dosent elmi adına layiq görülüb. Qərar Sabir Quluzadənin iqtisad elmləri sahəsində, “İqtisadi fəaliyyət növləri” ixtisası üzrə elmi-pedaqoji fəaliyyətinə görə qəbul olunub.

Bu uğur münasibətilə Sabir Quluzadəni ATMU kollektivi adından təbrik edir, ona gələcək elmi fəaliyyətində nailiyyətlər arzulayırıq.