Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Menecment" ixtisası üzrə I kurs magistrantları üçün “Tədqiqat işinin aparılması, elmi məqalələrin hazırlanması və magistr dissertasiyalarının yazılması” mövzusunda təlim təşkil olunub.
Təlim “Menecment” kafedrasının müdiri, dosent Camal Hacıyev tərəfindən aparılıb. Görüş zamanı magistrantlara elmi tədqiqat prosesinin əsas mərhələləri, mövzu seçimi, elmi ədəbiyyatın təhlili, metodologiyanın müəyyənləşdirilməsi, eləcə də elmi məqalə və dissertasiya işlərinin strukturunun hazırlanması barədə ətraflı məlumat verilib.
Təlimin əsas məqsədi magistrantların elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların elmi fəaliyyətə daha sistemli və metodoloji yanaşmasının formalaşdırılması olub.
Tədbir interaktiv müzakirələr və praktik nümunələrlə müşayiət edilib, iştirakçıların sualları cavablandırılıb.
Azərbaycanca