AATP proqramında "Rəqəmsal Turizm" fənni uğurla tədris olunub
20.10.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 383
AATP proqramında "Rəqəmsal Turizm" fənni uğurla tədris olunub

Azərbaycan-Avstriya Turizm Proqramında finlandiyalı müəllim Johanna Heinonen-Kemppi Rəqəmsal Turizm fənnini tədris edib

Azərbaycan-Avstriya Turizm Proqramının AATP 2023 bakalavr qrupu üçün tədris ilində turizm sahəsində müasir yanaşmaları özündə birləşdirən yeni fənn – “Digital Tourism” (Rəqəmsal Turizm) uğurla həyata keçirilib. Fənn Finlandiyadan dəvət olunmuş turizm eksperti və təcrübəli pedaqoq Johanna Heinonen-Kemppi tərəfindən tədris olunub.

Bu fənn tələbələrə turizmdə rəqəmsal transformasiyanın müasir tendensiyalarını, onlayn marketinq strategiyalarını və rəqəmsal platformaların turizm sektorunda tətbiqini öyrədib. Heinonen-Kemppi-nin dərsləri beynəlxalq təcrübə ilə zənginləşərək, tələbələrin rəqəmsal bacarıqlarını inkişaf etdirməyə yönəlib.

Proqram, Azərbaycan və Avstriya arasında təhsil və turizm sahəsində strateji əməkdaşlığın inkişafını hədəfləyərək, tələbələrə beynəlxalq səviyyədə rəqabətə davamlı bilik və təcrübə qazandırır.