Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumatlılığı artırmaq məqsədilə “İcbari tibbi sığorta – hər kəs üçün əlçatan tibbi xidmət” mövzusunda maarifləndirici sessiya keçirib.
Tədbirdə sözügedən agentliyin aparıcı məsləhətçisi Fuad Bayramov icbari tibbi sığortanın mahiyyəti, əhatə dairəsi və xidmətlərdən istifadə qaydaları barədə danışıb.
Tədbir zamanı iştirakçılara orqan donorluğu, göndəriş qaydaları və qeyri-qanuni ödəniş halları ilə bağlı məlumat verilib.
Maarifləndirici sessiya sual-cavab bölməsi ilə başa çatıb.
Azərbaycanca