Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan “PeşəFest-2025” festivalının Bakıda keçirilən yekun tədbirini Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri ziyarət ediblər.
Festival çərçivəsində ATMU rəhbərliyi və tələbələr müxtəlif peşə istiqamətlərinə həsr olunmuş təqdimatlarla tanış olub, gənclərlə və təhsil müəssisələrinin nümayəndələri ilə fikir mübadiləsi aparıblar. Onlar festivalın gənclərin peşə və ixtisas seçiminə, karyera istiqamətində doğru qərar verməsinə verdiyi töhfəni yüksək qiymətləndiriblər.
Azərbaycanca