AATP üzrə professor-müəllim heyətinin işə qəbulu
27.10.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 343
AATP üzrə professor-müəllim heyətinin işə qəbulu

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə birgə bakalavriatura pilləsində həyata keçirdiyi “Turizm və Asudə vaxtın idarə edilməsi” ixtisası çərçivəsində beynəlxalq ikili diplom proqramı üzrə 2025/2026-cı tədris ilinin yaz semestri üçün akademik heyət vakansiyası elan edir.

Əsas tələblər:

• PhD elmi dərəcənin olması və ya doktoranturanın tamamlanmasına yaxın olmaq;

• İngilis dilində səlis yazı və danışıq qabiliyyəti (C1);

• Akademik araşdırma aparmaq və beynəlxalq indeksli elmi jurnallarda dərc etdirmək;

• Pedaqoji təcrübə, innovativ tədris və təlim metodlarından istifadə etmək bacarığı;

• Tədris planına uyğun olaraq müvafiq tədris materiallarını hazırlamaq.

Fənlərin siyahısı:

• Managerial Accounting and Decision Making

• Human Resource Management

• Principals of Private and Public Law

• International and Tourism Law

• Current Issues in Tourism

• Intercultural Competence

Müraciət üçün son tarix: 20.11.2025

Maraqlanan namizədlərdən ingilis dilində akademik CV-lərini mövzu hissəsində “AATP proqramı üzrə müəllim” və fənnin adını qeyd edərək international@atmu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.