ATMU tələbələri “New Baku” otelində praktiki dərsdə iştirak ediblər
28.10.2025
Mehmanxana və restoran biznesi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 277
ATMU tələbələri “New Baku” otelində praktiki dərsdə iştirak ediblər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasında ixtisas fənlərinin praktiki yönümlü tədrisi ənənəvi qaydada davam etdirilir. Bu məqsədlə kafedranın hotelçilik ixtisasına aid dərsləri fəaliyyət göstərən hotellərdə təşkil olunur ki, bu da tələbələrə qonaqpərvərlik sənayesinin real mühitində təcrübə qazanmaq imkanı yaradır.

Bu çərçivədə kafedranın müdiri Novruz Quliyevin “Qonaqpərvərlik sənayesinin idarə olunması” fənnindən növbəti dərsi “New Baku” otelində keçirilib. Dərs zamanı tələbələr və müəllim arasında canlı və interaktiv müzakirə aparılıb, qonaqpərvərlik sənayesində idarəetmə prinsipləri, müasir trendlər və xidmət keyfiyyətinin artırılması yolları barədə fikir mübadiləsi aparılıb.

Tələbələr dərs prosesində aktiv iştirak edərək liderlik, müştəri məmnuniyyəti, insan resurslarının idarə olunması və xidmət mədəniyyəti kimi mövzularda öz fikirlərini bölüşüb, həm nəzəri, həm də praktiki biliklər əldə ediblər.

Mehmanxana və restoran biznesi kafedrasının bu kimi təşəbbüsləri tələbələrin real iş şəraitinə uyğun peşəkar bacarıqlar qazanmasına, analitik düşüncə və ünsiyyət qabiliyyətlərinin inkişafına şərait yaradır. Kafedra rəhbərliyinin qeyd etdiyi kimi, bu tədris modelinin əsas məqsədi müasir qonaqpərvərlik sənayesinin tələblərinə cavab verən, yüksək ixtisaslı və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasıdır.