AATP 2024 qrupu “Turizmdə Vasitəçilər” həftəsini tamamlayıb
28.10.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 344
AATP 2024 qrupu “Turizmdə Vasitəçilər” həftəsini tamamlayıb

Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) 2024 bakalavr qrupu növbəti tədris blok həftəsini uğurla yekunlaşdırıb. Bu dəfəki blok “Turizmdə Vasitəçilər” fənni üzrə Niderlanddan dəvət olunmuş mütəxəssis Anneloes Rolendschap tərəfindən tədris edilib.

Proqram çərçivəsində tələbələr nəzəri biliklərlə yanaşı, praktiki fəaliyyətlərdə də iştirak ediblər. Tədris həftəsi çərçivəsində “Victory Tour” şirkətinə xüsusi tur təşkil olunub. Bu səfər zamanı tələbələr turizm sektorunun real iş mexanizmlərini yaxından müşahidə edib, onlara real iş mühiti nümayiş etdirilib. Görüş çərçivəsində “Victory Tour” şirkətinin baş meneceri Səlimə Vəlizadə tələbələrlə görüşərək öz peşə təcrübəsini bölüşüb, turizm sənayesində mövcud tendensiyalar və gələcək imkanlar barədə ətraflı məlumat verib.

Tələbələrin aktiv iştirakı və interaktiv müzakirələr proqramın əsas məqsədlərindən biri olan bilik mübadiləsini və təcrübə əsaslı öyrənməni bir daha ön plana çıxarıb. Bu kimi təşəbbüslər turizm sahəsində yeni nəsil peşəkarların formalaşmasına mühüm töhfə verir.