Məzunlarımızın beynəlxalq təhsil uğuru
28.10.2025
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 413
Məzunlarımızın beynəlxalq təhsil uğuru

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bakalavr təhsilini başa vuran bir çox məzun dünyanın aparıcı universitetlərində magistr təhsili almağa nail olur. Bu, universitetin beynəlxalq əlaqələri, müasir tədris proqramları və çoxdilli təhsil sistemi ilə birbaşa əlaqəlidir. Universitetin tələbələrinə verdiyi geniş təhsil bazası və beynəlxalq mübadilə proqramlarında iştirak imkanları məzunların xaricdə ali təhsil müəssisələrinə qəbul şansını artırır.

Xüsusilə ikili diplom proqramlarının məzunları xaricdə magistr təhsili üçün daha geniş imkanlara malik olurlar. ATMU-nun həyata keçirdiyi bu proqramlar çərçivəsində tələbələr həm Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU), həm də tərəfdaş xarici ali təhsil müəssisəsinin diplomunu əldə edirlər. Bu isə onlara beynəlxalq tanınan təhsil sənədi ilə dünyanın istənilən yerində magistr proqramlarına müraciət zamanı əlavə üstünlük qazandırır. Çünki belə məzunlar artıq birbaşa Avropa ali təhsil sisteminin tələblərinə uyğun təhsil almış və akademik cəhətdən uyğunlaşmış kadrlar kimi qiymətləndirilirlər.

Məzunlarımızın bu uğuru gələcək tələbələr üçün də motivasiya mənbəyidir və ATMU-nun əsas məqsədlərindən biri olan “Beynəlxalq əmək bazarında rəqabət qabiliyyətli və cəmiyyətin dayanıqlı inkişafına töhfə verəcək mütəxəssislər hazırlamaq” missiyasını bir daha təsdiqləyir.

2025-2026-cı tədris ilində magistratura səviyyəsində xaricdə təhsil alan ATMU məzunlarını təqdim edirik:

Firuzə Əhmədova - Polytechnic University of Madrid

Elcan Rəsulov - "Silk Road" International University of Tourism and Cultural Heritage

Ləman Bədəlova - Vistula School of Hospitality

Rəşid Hüseynov - "Silk Road" International University of Tourism and Cultural Heritage

İlham Xəlilov - Budapest University of Economics and Business

Fərman Məmmədov - Antalya Bilim Üniversitesi

Sənan Əliyev - Eskişehir Osmangazi Üniversitesi

Luiza Maysuradze - Plekhanov Russian University of Economics

Nihat Qəribli - Bayburt Üniversitesi

Emin Həsənli - Rusiya Federasiyası Höküməti yanında Maliyyə Universiteti

Səid Hüseynzadədamariq – Antalya Bilim Universiteti

Səxavət Kazımov – "Silk Road" International University of Tourism and Cultural Heritage

Ətraflı: 

https://www.facebook.com/reel/1855650321828011

https://www.instagram.com/p/DQWFPhvD4xJ/