AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ və ESKİŞEHİR OSMANGAZİ UNİVERSİTETİ TURİZM İŞİ İXTİSASI ÜZRƏ İKİLİ DİPLOM PROQRAMI
Turizm işinin təşkili ixtisasi üzrə təhsil alan 1-ci kurs tələbələrinin nəzərinə
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Türkiyənin Eskişehir Osmangazi Universiteti (ESOGÜ) arasında həyata keçirilən İkili Diplom Proqramı çərçivəsində “Turizm işinin təşkili” ixtisasında təhsil alan I kurs tələbələri üçün qeydiyyat prosesi başlanmışdır.
Proqramın əsas məqsədi tələbələrə həm Azərbaycanda, həm də Türkiyədə akademik təcrübə qazanmaq, beynəlxalq səviyyədə tanınan diplom əldə etmək imkanı yaratmaqdır.
Bu proqram çərçivəsində ATMU-da I kursu uğurla başa vuran tələbələr 2-ci və 3-cü kurslarını Eskişehir Osmangazi Universitetində davam etdirəcəklər. Təhsil prosesini tamamlayan tələbələr hər iki universitetin diplomunu əldə edəcəklər.
Qəbul Qaydaları:
- Türk dili sertifikatı: C1 səviyyəsi – Yunus Emre İnstitutundan alınmalıdır
- ÜOMG: minimum 72
- Kəsrlərin sayı: maksimum 2
Ətraflı məlumat üçün:
ATMU Beynəlxalq Əlaqələr Şöbəsi – 201-ci otaq
international@atmu.edu.az
Qeydiyyat forması:
https://forms.office.com/r/sceDKHdydW
Müraciət üçün son tarix: 31.10.2025
Azərbaycanca