Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində təhsil alan AATP 2025 bakalavr qrupu üçün növbəti blok həftə uğurla yekunlaşıb.
Blok həftə çərçivəsində tələbələr “Turizm coğrafiyası” fənnini Qlazqo Kaledoniya Universitetinin professoru, beynəlxalq turizm təhsili üzrə tanınmış mütəxəssis Custin Con Lennonun rəhbərliyi ilə keçiblər.
Professor Lennon dərs müddətində tələbələrə qlobal turizm coğrafiyasının əsas istiqamətləri, regionların turizm potensialı, dayanıqlı turizm inkişafı və coğrafi resursların idarəedilməsi mövzularında geniş biliklər təqdim edib. Dərslər interaktiv müzakirələr, qrup tapşırıqları və real situasiya təhlilləri ilə zənginləşdirilib ki, bu da tələbələrin analitik düşünmə və praktiki bacarıqlarının inkişafına mühüm töhfə verib.
Azərbaycan-Avstriya Turizm Proqramı, Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və tələbələrə ikili diplom imkanı yaradır. Proqramın əsas məqsədi beynəlxalq təcrübəyə əsaslanan, yüksək ixtisaslı turizm mütəxəssislərinin hazırlanmasıdır.
Azərbaycanca