Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Turizm işi” kafedrasının baş müəllimi, i.ü.f.d. Çinarə İmamverdiyeva Şəki şəhərində təşkil olunan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin “İpək Yolu üzrə 1-ci İşçi Qrupu”nun iclasında ekspert qismində iştirak edib.
Səfər proqramı çərçivəsində iştirakçılar Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu, Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzini ziyarət ediblər.
İclasda tarixi İpək Yolunun müasir dövrdə turizm potensialından səmərəli istifadə, bu sahədə yeni təşəbbüslərin formalaşdırılması və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbirin gündəliyinə işçi qrupunun fəaliyyət istiqamətləri, İpək Yolu irsinin qorunması və marşrutların təşkili, habelə mübadilə proqramlarının həyata keçirilməsi ilə bağlı məsələlər daxil olub.
Azərbaycanca