28.01.2021
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 407
"Kadr kargüzarlığı və əmək münasibətləri"

Əziz tələbə və məzunlar,

Sizləri "HR Talks" layihəsinin növbəti görüşündə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İnsan Resursları üzrə mütəxəssisi Kəmalə Hüseynovanın "Kadr kargüzarlığı və əmək münasibətləri" mövzusunda təqdimatına dəvət edirik. Təqdimat zamanı Kəmalə xanım dövlət müəssisələrində kadr kargüzarlığının həyata keçirilməsindən bəhs edəcək.

Əgər gələcək karyeranızı bu sahə üzrə davam etdirmək və ya İnsan Resursları şöbəsində işlərin necə təşkil olunması barədə məlumatlı olmaq istəyirsinizsə görüşdə iştirak şansını qaçırmayın!

Görüş 30 yanvar saat 18:00-da ZOOM platforması üzərindən həyata keçiriləcəkdir. Yalnız qeydiyyatdan keçənlərə görüş hiperkeçidi göndəriləcək. Qeydiyyatdan keçərkən elektron poçt ünvanlarınızı düzgün qeyd etməyiniz xahiş olunur.

Qeydiyyat: https://rb.gy/rgb6tr