Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes və menecment fakültəsinin (məktəbinin) dekanı, dosent Vüqar Mehrəli oğlu Nəzərov İKSAD İnstitutunun təşkilatçılığı ilə Türkiyənin Antalya (Demre) şəhərində keçirilən IArcSC-2025 V Beynəlxalq Memarlıq Elmləri Konqresində iştirak edib. O, konqresdə “Azərbaycan Respublikasında maliyyə infrastrukturunun sahibkarlığa təsiri formaları” mövzusunda elmi məruzə ilə çıxış edib.
Konqresin əsas məqsədi Türkiyədən və digər ölkələrdən ixtisaslı alimləri bir araya gətirərək onların “Memarlıq Elmləri” sahəsindəki dəyərli tədqiqatlarını təqdim etmək, elmi bilik və təcrübə mübadiləsini təmin etmək, həmçinin beynəlxalq əməkdaşlıq platforması yaratmaq olub.
Tədbir çərçivəsində Bina Memarlığı, Landşaft Memarlığı, Şəhər və Regional Planlaşdırma, Daxili Memarlıq, İnşaat Mühəndisliyi, Sənaye Məhsullarının Dizaynı, Şəhər İqtisadiyyatı, Turizm, Mədəni Turizm, Təbiət Turizmi və Ekoturizm kimi sahələr üzrə mütəxəssislər arasında çoxşaxəli elmi və texniki müzakirələr aparılıb, ortaq baxış və elmi yanaşmaların formalaşdırılması məqsədilə fikir mübadiləsi həyata keçirilib.
Konqres həm onlayn, həm də canlı şəkildə təşkil olunub, tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Azərbaycanca