ATMU əməkdaşı beynəlxalq elmi konfransda iştirak edib
06.11.2025
Biznes və menecment fakültəsi (məktəbi)
Bölmə: Xəbərlər
Baxış sayı: 163
ATMU əməkdaşı beynəlxalq elmi konfransda iştirak edib

Tiflisdə Gürcüstan-Amerika Universitetində (Georgian American University) keçirilən “Beynəlxalq Multidissiplinar Elmi Tədqiqatların Qlobal Təcrübəsi – II” adlı beynəlxalq konfrans öz işini yekunlaşdırıb.

Konfransda Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri də iştirak ediblər. Biznes və menecment fakültəsinin (məktəbinin) “Menecment” kafedrasının müdiri Camal Hacıyev konfransda “Azərbaycanda məşğulluğun mövcud vəziyyəti və inkişaf istiqamətləri mövzusunda” məruzə ilə çıxış edib.

Tədbir IKSAD İnstitutunun təşkilatçılığı ilə keçirilib və Azərbaycan, Türkiyə, Gürcüstan, Kanada, Mərakeş, Qazaxıstan, Hindistan, ABŞ, İspaniya, Banqladeş, Çin, Rusiya, Nigeriya, Misir daxil olmaqla 24 ölkədən alim və tədqiqatçıları bir araya gətirib.

Beş gün davam edən elmi forum çərçivəsində mühəndislik, iqtisadiyyat, sosial elmlər, təbiət elmləri, incəsənət və texnologiya kimi müxtəlif sahələr üzrə yüzlərlə məruzə təqdim olunub.

Konfrans çərçivəsində Gürcüstan-Amerika Universiteti, Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti və IKSAD İnstitutu arasında Anlaşma Memorandumu (Memorandum of Understanding) imzalanıb.

Konfransın sonunda iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilib.