Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Azərbaycan-Avstriya Turizm Proqramının (AATP BA 2019) məzunu Tahirə Hüseynova İtaliyanın nüfuzlu Bolonya Universitetində “International Management” (Beynəlxalq Menecment) ixtisası üzrə magistr təhsilini diplom müdafiəsində ən yüksək mümkün nəticə əldə etməklə uğurla başa vurub.
Tahirə Hüseynova bakalavr təhsili müddətində də beynəlxalq təcrübə qazanaraq Erasmus+ mübadilə proqramı çərçivəsində 2019/20-ci tədris ilinin yaz semestrində Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetində bir semestrlik təhsil alıb.
ATMU rəhbərliyi və professor-müəllim heyəti Tahirə Hüseynovanı bu uğuru münasibətilə təbrik edir, gələcək karyerasında daha böyük nailiyyətlər arzulayır.
Azərbaycanca