“Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfransı” keçiriləcək
07.11.2025
Keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 333
“Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfransı” keçiriləcək

27–28 noyabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ali Təhsilin Keyfiyyəti Şurası (YÖKAK), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Türkiyənin Çankaya Universitetinin birgə təşkilatçılığı ilə “Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfransı (IQC 2025)” keçiriləcək.

IQC-nin əsas məqsədi ali təhsildə keyfiyyət təminatı, akkreditasiya, tədris və öyrənmə prosesləri, tələbəyönümlü təhsil, rəqəmsal transformasiya və institusional keyfiyyət idarəçiliyi kimi sahələrdə fəaliyyət göstərən alimləri, tədqiqatçıları, pedaqoqları və qərarvericiləri bir araya gətirərək nəzəri bilik, tədqiqat nəticələri və ən yaxşı təcrübələrin paylaşılmasına şərait yaratmaqdır.

Konfransda təxminən 200 xarici iştirakçının iştirakı gözlənilir.

Qeyd edək ki, IQC Konfransı indiyədək Berlin, Paris, İstanbul, Vyana, Roma, Barselona, Praqa və Quarda kimi tanınmış elmi mərkəzlərdə təşkil olunub və beynəlxalq akademik ictimaiyyət arasında geniş nüfuz qazanıb.

Məruzələri dinləmək istəyən həmkarlar konfrans və gündəliyi barəsində aşağıdakı linklərə keçid edərək ətraflı məlumat əldə edə bilərlər:

Konfrans haqqında: https://www.icqh.net/

Konfransın gündəliyi: https://www.icqh.net/program.php