Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev, kafedranın müəllimləri Samir Babazadə və Tural Salıfov ilə “Continental Hotel”in rəhbəri İbrahim Qəfərov arasında görüş keçirilib.
Görüşün əsas məqsədi kafedra ilə hotel arasında əməkdaşlığın genişləndirilməsi, tələbələrin peşəkar inkişafı və praktik bacarıqlarının artırılması üçün yeni imkanların yaradılması olub.
Tərəflər tələbələrin “Continental Hotel”də istehsalat təcrübəsi keçməsi, real iş mühiti ilə tanış olması və gələcək karyeraları üçün möhkəm təməl formalaşdırması istiqamətində fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin nəzəri biliklərin təcrübə ilə birləşdirilməsinin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın uzunmüddətli və davamlı əsasda qurulması barədə razılıq əldə olunub.
Görüşün sonunda tərəflər gələcəkdə birgə layihələrin həyata keçirilməsi və əməkdaşlığın daha da təkmilləşdirilməsi istiqamətində razılığa gəliblər.
Azərbaycanca