ATMU tələbələri üçün "Bakcell"dən yeni imkanlar!
14.11.2025
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 262
ATMU tələbələri üçün "Bakcell"dən yeni imkanlar!

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Bakcell şirkətinin nümayəndələrinin iştirakı ilə tələbələr üçün maraqlı və faydalı infosesiya təşkil olunub. Görüşün əsas məqsədi tələbələri telekommunikasiya sektorundakı yeniliklərlə tanış etmək, onların karyera inkişafına dəstək vermək və məşğulluq imkanları barədə məlumatlandırmaq olub.

Təqdimat zamanı "Bakcell"in təcrübə və iş imkanları haqqında ətraflı məlumat verilib, tələbələrə şirkətin fəaliyyət istiqamətləri, əmək mühiti və gənclərin inkişafına yönəlmiş təşəbbüslər barədə danışılıb. Xüsusilə Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən yeni proqramın üstünlükləri diqqətə çatdırılıb. Qeyd olunub ki, bu proqram tələbələrə real iş mühitində praktiki bacarıqlar qazanmaq, ixtisaslarına uyğun sahələrdə biliklərini təkmilləşdirmək və gələcək karyeralarına daha inamlı addımlarla başlamaq imkanı yaradır.

İnfosesiya tələbələrin suallarının cavablandırılması və şirkətin təqdim etdiyi imkanlar barədə interaktiv müzakirə ilə yekunlaşıb.