ATMU-da “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici mühazirə keçirilib
18.11.2025
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 237
ATMU-da “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici mühazirə keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Uşaq Hüquqları Aylığı” çərçivəsində tələbələr üçün maarifləndirici mühazirə təşkil olunub. Sosial menecment fakültəsinin müəllimi Zahid Bünyadov “Uşaqların hüquq və azadlıqlarının qorunması” mövzusunda çıxış edərək tələbələri uşaq hüquqları, onların müdafiəsi ilə bağlı mövcud qanunvericilik və beynəlxalq konvensiyalar barədə məlumatlandırıb. Mühazirədə uşaqların hüquqlarının qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər, eləcə də uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, “Uşaq Hüquqları haqqında” Konvensiyanın (UHK) qəbul edilməsinin ildönümü ilə əlaqədar olaraq ölkədə hər il 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” kimi qeyd olunur.