AATP çərçivəsində növbəti blok həftə uğurla başa çatıb
18.11.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 260
AATP çərçivəsində növbəti blok həftə uğurla başa çatıb

Blok həftə müddətində IMC Krems Tətbiqi Elmlər Universitetinin Qlobal Təsir və Transformasiya İnstitutunun direktoru, professor Roger Hage tərəfindən Computational Thinking fənni tədris edilib. Tədris prosesində tələbələr yalnız nəzəri biliklərlə kifayətlənməyib, həm də praktiki bacarıqlarını inkişaf etdirərək müxtəlif mövzularda təqdimatlar hazırlayıb və layihələrini çıxışlarla uğurla təqdim ediblər. Həftə ərzində interaktiv müzakirələr, qrup işləri və real həyatdan nümunələr üzərində çalışmalar vasitəsilə tələbələrin analitik və məntiqi düşüncə qabiliyyətləri gücləndirilib.

Tədris həftəsinin son günü professor Roger Hage tələbələrlə təcrübə semestrinə dair məlumatlandırıcı görüş keçirib. Görüşdə Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və məzunlarla iş şöbəsinin müdiri, AATP üzrə təcrübə semestri koordinatoru İlahə Əliyeva da iştirak edərək tələbələrə qarşıdakı semestrdə mövcud olacaq təcrübə imkanları barədə geniş məlumat verib.