Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tədris-metodiki şöbəsinin Qeydiyyat bölməsinin rəhbəri Yeganə Bayramova və Tədrisin elektron idarəedilməsi bölməsinin mütəxəssisi Fatimə Əliyeva “Təhsil kreditləri üzrə məlumatlandırma və peşəkar bacarıqların təkmilləşdirilməsi” mövzusunda keçirilən təlimdə iştirak ediblər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Kredit Fondunun (TTKF) təşəbbüsü ilə “Hədəflərə yönəlik şəxsi inkişaf” proqramı çərçivəsində təşkil olunan təlimdə ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən olan bir sıra nümayəndələr iştirak ediblər.
Təlim proqramında “e-ttkf.edu.az portalından istifadə qaydaları”, “Liderlik və komanda idarəçiliyi” və digər müvafiq mövzular əhatə olunub.
“Təhsil kreditləri üzrə məlumatlandırma və peşəkar bacarıqların təkmilləşdirilməsi” təlimini uğurla başa vuran ATMU əməkdaşları sertifikatla təltif olunublar.
Azərbaycanca