ATMU nümayəndələri IX Beynəlxalq Bankçılıq Forumunda
20.11.2025
Biznes idarəçiliyi və menecment fakültəsinin (məkt
Bölmə: Xəbərlər
Baxış sayı: 309
ATMU nümayəndələri IX Beynəlxalq Bankçılıq Forumunda

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı, Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda IX Beynəlxalq Bankçılıq Forumu (IBF 2025) keçirilib.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri – Biznes idarəçiliyi və menecment fakültəsinin (məktəbi) dekanı Vüqar Nəzərov, Menecment kafedrasının müdiri Camal Hacıyev, İqtisadiyyat kafedrasının müdiri Səkinə Hacıyeva və digər əməkdaşlar da forumda iştirak ediblər. ATMU təmsilçilərinin belə beynəlxalq maliyyə və bankçılıq müzakirələrində iştirakı universitetin elmi-analitik potensialının güclənməsinə, tələbə və müəllim heyətinin sektorla daha sıx əlaqə qurmasına və bankçılıq sahəsində ən son qlobal tendensiyaların universitet mühitinə transferinə töhfə verəcək.

Qeyd edək ki, Beynəlxalq Bankçılıq Forumu Azərbaycanın maliyyə sektoru üzrə ən nüfuzlu platformalarından biri kimi bank sektorunun aparıcı nümayəndələrini, dövlət qurumlarının rəhbərlərini, assosiasiyalar və beynəlxalq maliyyə institutlarının təmsilçilərini, eləcə də diplomatik korpus və akademik dairələrin nümayəndələrini bir araya gətirir. Forum iştirakçılar üçün təcrübə mübadiləsi aparmaq, yeni əməkdaşlıq əlaqələri qurmaq və innovativ maliyyə tendensiyalarını müzakirə etmək baxımından xüsusi əhəmiyyət daşıyır.