ATMU-da “ARI” Beynəlxalq Təhsil Mərkəzinin maarifləndirici görüşü
21.11.2025
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 288
ATMU-da “ARI” Beynəlxalq Təhsil Mərkəzinin maarifləndirici görüşü

ATMU tələbələri üçün Beynəlxalq Təhsil Mərkəzi ARI tərəfindən maraqlı və faydalı görüş təşkil edilib. Görüşün əsas məqsədi tələbələrin beynəlxalq təhsil imkanları, şəxsi və peşəkar inkişaf yolları haqqında daha dolğun məlumat əldə etməsinə şərait yaratmaq olub.

Tədbir çərçivəsində Mərkəzin rəhbəri İnarə Əliyeva tələbələrlə səmimi və dinamik ünsiyyət quraraq onları maraqlandıran mövzular ətrafında geniş müzakirələr aparıb. O, qlobal təhsil tendensiyaları, xaricdə təhsil proqramları, tələbələrin beynəlxalq layihələrə qoşulma imkanları, həmçinin müasir əmək bazarının tələbləri barədə ətraflı danışıb.

Görüş zamanı iştirakçılar suallar vasitəsilə müzakirələrə aktiv şəkildə qatılıb, real təcrübələr və nümunələr əsasında faydalı tövsiyələr əldə ediblər.

Tədbir tələbələrin bilik və perspektivlərini daha da zənginləşdirməklə yanaşı, onların gələcək karyera planlaşdırmasına, məqsədlərin müəyyənləşdirilməsinə və peşəkar inkişaf strategiyasının qurulmasına dəyərli töhfə verib.