Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “İctimai Fənlər” kafedrasının dəyərli müəllimlərindən biri olan Minaxanım Əsədovaya elmi-pedaqoji fəaliyyətində əldə etdiyi yüksək nailiyyətlərə, təhsilin inkişafına verdiyi töhfələrə və uzunillik səmərəli xidmətlərinə görə tarix elmi sahəsinin 6219.01 – Kulturologiya və onun ümumi məsələləri ixtisası üzrə professor elmi adı verilib.
Minaxanım Əsədova pedaqoji fəaliyyətində daim elmi araşdırmaları ilə seçilib, tələbələrə göstərdiyi peşəkarlıq, məsuliyyət və yüksək müəllimlik mədəniyyəti ilə nümunə olub. Onun elmi işləri kulturologiya sahəsinin aktual problemlərinin öyrənilməsinə, milli-mənəvi dəyərlərin tədqiqinə və elmi-nəzəri fikrin inkişafına mühüm töhfələr verir.
Bu yüksək elmi ad Minaxanım müəllimənin zəhmətinin, peşəkarlığının və fədakar fəaliyyətinin layiqli qiyməti olmaqla yanaşı, onun gələcək elmi yaradıcılığına da yeni imkanlar açır.
ATMU kollektivi adından Minaxanım Əsədovanı təbrik edir, ona yeni elmi uğurlar və fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq.
Azərbaycanca