ATMU-da insan alverinə qarşı maarifləndirici tədbir keçirilib
24.11.2025
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 228
ATMU-da insan alverinə qarşı maarifləndirici tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Polisə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici görüş keçirilib. Tədbir “Konstitusiya və Suverenlik” ili çərçivəsində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, şəxsi toxunulmazlıq və insan ləyaqətinin qorunması istiqamətində həyata keçirilən layihənin tərkib hissəsi olaraq baş tutub.

Tədbir zamanı ATMU-nun baş hüquqşünası Aydın Kərimov insan alverinə gətirib çıxaran səbəblər, risk qrupları, başvermə mexanizmləri, eləcə də bu cinayətin qarşısının alınması üçün görülən tədbirlər ətrafında geniş müzakirələr aparıb.

Tədbir “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin təşəbbüsü ilə təşkil olunub. O, çıxışında insan alverinə qarşı mübarizənin hər bir vətəndaşın maariflənməsindən başladığını, xüsusilə gənclərin bu istiqamətdə məlumatlandırılmasının vacibliyini vurğulayıb.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.