25.11.2025
İnsan resursları şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 1165
Kafedra müdiri vəzifələrini tutmaq üçün müsabiqə

 

Azərbaycan Turizm və Menecment Universiteti

 

Kafedra müdiri vəzifələrini tutmaq üçün müsabiqə
ELAN EDİR:
 

 

Humanitar və sosial elmlər kafedrası üzrə                                                 -1 yer

Mehmanxana və restoran işi kafedrası üzrə                                              -1 yer

Menecment kafedrası üzrə                                                                           -1 yer

 

Elan qəzetdə dərc olunduğu gündən bir ay müddətində (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlər saat 10:00-17:00 arası Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə təqdim edilməlidir. Sənədlər hr@atmu.edu.az e-mail ünvanı vasitəsi ilə elektron qaydada da qəbul edilir.

 

    Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

 

  1. Rektorun adına ərizə;
  2. Kadrlar uçotunun şəxsi vərəqəsi (4x6 sm ölçüdə fotoşəkillə);
  3. Tərcümeyi-hal;
  4. Şəxsiyyət vəsiqəsinin surəti;
  5. Profilə uyğun olaraq ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin təsdiq olunmuş surətləri;
  6. Elmi və elmi-metodiki işlərin siyahısı;
  7. Kafedra müdirinin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

 

Müsabiqə elan olunan müəssisədə çalısan namizədlərdən isə yalnız aşağıdakı sənədlər tələb olunur:

 

1.  Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

2.. Elmi və elmi-metodiki işlərin siyahısı;

3.  Kafedra müdirinin (namizədin) müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

 

Ünvan: Bakı şəhəri, AZ1072, K.Rəhimov  küçəsi 822/23-cü məhəllə, otaq 103.

 Telefon: 564-42-33 (daxili-115)

 

 Qeyd: Namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.