ATMU tələbləri üçün beynəlxalq təcrübə imkanları müzakirə edilib
25.11.2025
Turizm və Qonaqpərvərlik fakültəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 263
ATMU tələbləri üçün beynəlxalq təcrübə imkanları müzakirə edilib

Bu gün Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) tələbələrin təcrübə imkanları ilə bağlı görüş keçirilib. Görüşdə ATMU rektoru İlham Mədətov, Tədris işləri üzrə prorektor Zaur Bağırov, “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı Bahadur Bilalov, eləcə də Türkiyədəki “Sea Life” hotellər qrupunun baş müdiri Mehmet Mengilli və “Alexander Turizm Seyahat Agentliyi”nin təsisçisi Kutlu Çelik iştirak edərək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Görüşün əsas məqsədi turizm üzrə təhsil alan tələbələrin Türkiyənin lüks otellərində beynəlxalq səviyyəli təcrübə proqramlarına qoşulması üçün yeni imkanlar yaratmaqdır.