Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) tələbənin müvəffəqiyyət və keyfiyyət göstəricilərinin artırılması, tədrisin keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədilə oktyabr–noyabr aylarında rəhbərlik tərəfindən kafedralarla görüşlər keçirilib. Rektor t.ü.f.d. İlham Mədətov, Təhsil məsələləri üzrə rektor müşaviri i.ü.f.d. Fərid Cabbarlı və Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri c.ü.f.d. Sara Bağırlı universitetin 7 kafedrasının - "Humanitar və sosial elmlər", “Dillər”, “İqtisadiyyat”, “Mehmanxana və restoran işi”, “Menecment”, “Turizm işi” və “Ümumi fənlər” - iclaslarında iştirak ediblər.
Görüşlərdə dərslərin təşkili, tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi mexanizmi, onların keyfiyyət və müvəffəqiyyət göstəriciləri, dərslərin monitorinqi prosesi və ümumi universitet məsələləri müzakirə olunub, professor-müəllim heyətinin rəyləri dinlənilib. Eyni zamanda tələbə bilik və bacarıqlarının qiymətləndirilməsi, appelyasiya müraciətləri, təlim və tədris prosesinin monitorinqinin təşkili, daxili auditin keçirilməsi, onun mahiyyəti, nəticələri və görülən işlər haqqında məlumatlar təqdim olunaraq universitetdə keyfiyyətin yüksəldilməsi istiqamətində fəaliyyətlərin gücləndirilməsi tövsiyə edilib.
Azərbaycanca