ATMU-da akademik məsləhətçilər üçün təkmilləşdirmə təlimi keçirilib
28.11.2025
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 276
ATMU-da akademik məsləhətçilər üçün təkmilləşdirmə təlimi keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) akademik məsləhətçilərin (tyutorların) peşəkar inkişafına həsr olunmuş təlim keçirilib. “ATMU-da təhsil siyasətinin həyata keçirilməsində tyutor xidmətinin rolu” mövzusunu əhatə edən təlimi Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Emin Quliyev aparıb. E.Quliyev tyutor xidmətinin universitetin təhsil siyasətindəki əhəmiyyətindən, tələbələrlə iş prosesinin təkmilləşdirilməsindən və bu sahədə aktual yeniliklərdən bəhs edib.

Təlim çərçivəsində iştirakçılara bacarıqların artırılmasının vacibliyi, tədrisin təşkili qaydaları və yeniliklərin təhlili, tyutor xidmətinin ATMU-da təhsil siyasətinin icrasındakı rolu, tələbələrin karyera inkişafında akademik məsləhətçilərin əhəmiyyəti mövzuları üzrə məlumatlar verilib.

Təlim həm nəzəri, həm də praktiki hissələri özündə birləşdirərək akademik məsləhətçilərin bilik və bacarıqlarının genişləndirilməsinə yönəlib.

Tədbirin sonunda iştirakçılar təqdim olunan biliklərin onların gündəlik fəaliyyətinə töhfə verəcəyini qeyd ediblər.