Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri Bakı Dövlət Universitetində (BDU) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici seminarda iştirak ediblər.
Seminarda gənclərə gender bərabərliyi mədəniyyətinin təşviqi, erkən nikah, insan alveri, məişət zorakılığı kimi gender əsaslı zorakılıq formalarının fəsadları barədə məlumat verilib. Bununla yanaşı, mövcud qanunvericilik və dövlət siyasətinin əsas istiqamətləri də iştirakçıların diqqətinə çatdırılıb.
Azərbaycanca