ATMU rəhbər vəzifələrdə gənclərə etimad göstərir
02.12.2025
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 293
ATMU rəhbər vəzifələrdə gənclərə etimad göstərir

Peşəkar gənc mütəxəssislərin yetişdirilməsinə daim önəm verən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) uğurlu kadr siyasətinin bariz nümunələrindən biri də Hacı Hacıbala oğlu Qasımlıdır.

2018-ci ildən ATMU-da fəaliyyət göstərən Hacı Qasımlı Elm və innovasiya şöbəsində çalışdığı müddətdə peşəkarlığı və məsuliyyətli işi ilə seçilib. 2021–2025-ci illərdə həmin şöbədə mütəxəssis kimi fəaliyyət göstərdikdən sonra bu gün ATMU-nun Elmi Tədqiqatlar və Akademik Təhsil Mərkəzinin Magistratura və doktorantura bölməsinə “Bölmə rəhbəri” vəzifəsinə təyin olunması universitetin gənc kadrlara göstərdiyi etimadın və onlara yaradılan geniş inkişaf imkanlarının göstəricisidir.

H.Qasımlı 2014–2018-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) “İnformasiya və sənəd menecmenti” ixtisası üzrə bakalavr, 2018–2020-ci illərdə isə “Sənəd resursları və informasiya axtarış sistemləri” ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirib.

2021–2024-cü illərdə BDU-nun 3356.01-“Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisası üzrə doktorantura təhsili alan H.Qasımlının dissertasiya işi 22 may 2024-cü ildə müzakirədən keçərək müdafiəyə buraxılıb və hazırda elmi seminar mərhələsindədir.

H.Qasımlının bu karyera yolu ATMU-nun gənclərin peşəkar və elmi yüksəlişinə verdiyi dəstəyin bir nümunəsidir.

ATMU kollektivi adından Hacı Qasımlını təbrik edir, ona fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq!